Sumqayıtda taksi sürücüsünə bıçaq çəkib pulunu aldı

Sumqayıtda taksi sürücüsünə bıçaq çəkib pulunu aldı
Dostuna göndər xəbərdən agah olsun:

Sumqayıtda taksi sürücüsü qarət olunub.

Daxili İşlər Nazirliyindən oxu.az-a verilən xəbərə görə, iyulun 28-də Təzə Corat qəsəbəsi ərazisində “Opel” markalı avtomobildə olan sərnişinin sürücünü kəsici alətlə hədələyərək 45 manatını talaması barədə polisə məlumat daxil olub.

Sumqayıt Şəhər Polis İdarəsinin 1-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Azər Əbuzərov müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45