Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır – YENİLƏNİB

Laçında hərbçilərin həlak olduğu yerə baxış keçirilib, araşdırma aparılır – YENİLƏNİB
Dostuna göndər xəbərdən agah olsun:

Laçın rayonu ərazisində Azərbaycan Ordusunun dörd hərbi qulluqçusunun meyitlərinin aşkar edilməsi barədə Qubadlı hərbi prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə “Report”a Respublika Hərbi Prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri Firad Əliyev məlumat verib.

 

O bildirib ki, daxil olmuş məlumat əsasında Qubadlı hərbi prokurorluğunun və Hərbi Prokurorluğun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitlərə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülmüş, müvafiq ekspertizalar təyin edilərək, icraya yönəldilib, eləcə də izahatlar alınıb və digər hərəkətlər icra edilib.

 

F.Əliyev qeyd edib ki, hazırda Qubadlı hərbi prokurorluğunda araşdırma davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaq.

 

14:23

Azərbaycan Ordusunun hərbi qulluqçuları həlak olub.

 

Bu barədə “Report”a Müdafiə Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, iyulun 30-u xidmətdən kənar saatlarda Laçın rayonu ərazisində kükürd qazlı termal sularda çimərkən ilkin ehtimala görə zəhərlənən Azərbaycan Ordusunun hərbi qulluqçuları kapitan Emnalıyev Asif Qəhrəman oğlu, gizir Cəbrayılov Fərid Famil oğlu, müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Səmədov Tural Maşallah oğlu və çavuş Şahmarlı Emin Oqtay oğlunun meyitləri aşkar edilib.

 

“Müdafiə Nazirliyinin rəhbərliyi vəfat edən hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, səbir diləyir. Allah rəhmət eləsin!”, – məlumatda qeyd edilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45