İranın Təhlükəsizlik Şurası Haniyənin ölümünə görə qisas alınacağını bəyan edib

İranın Təhlükəsizlik Şurası Haniyənin ölümünə görə qisas alınacağını bəyan edib
Dostuna göndər xəbərdən agah olsun:

HƏMAS-ın Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin öldürülməsinə görə qisas alınacaq.

 

Bu barədə məlumat İran Ali Milli Təhlükəsizlik Şurasının “X” hesabında yayılıb.

 

Qeyd olunub ki, Haniyənin öldürülməsi “qorxaq bir hərəkətdir” və onu törədənlər şübhəsiz, cavablarını alacaqlar.

 

Xatırladaq ki, İ.Haniyə iyulun 31-də Tehranda öldürülüb. O, İranın yeni prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak etmək üçün Tehrana getmişdi.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45