Xəzərdə təchizat gəmisində yanğın olub

Xəzərdə təchizat gəmisində yanğın olub
Dostuna göndər xəbərdən agah olsun:

Xəzər dənizində təchizat gəmisində yanğın olub.

 

Bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizində sahildən təqribən 70 km məsafədə açıq dənizdə təchizat gəmisində yanğın baş verməsi barədə ilkin məlumat daxil olub.

 

“Hadisə ilə əlaqədar dərhal aidiyyəti qurumlar məlumatlandırılıb, Nazirliyin müvafiq qüvvələri də cəlb olunmaqla yanğın-xilasetmə əməliyyatına başlanılıb.

 

Həyata keçirilmiş tədbirlər nəticəsində yanan gəmidə olan heyət üzvləri yaxınlıqda olan digər gəmilərə təxliyə olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir.

 

Əlavə məlumat veriləcək”, – deyə nazirliyin məlumatında qeyd edilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45