Bakıda avtomobil 40 yaşlı qadını vurub

Bakının Sabunçu rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Yolu keçən 1984-cü il təvəllüdlü Abbasova Zamirə Xasay qızını avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı onurğa-beyin travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.