Azərbaycanda 87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb
Azərbaycanda 87 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iyulun 27-də keçirilən iclasında deyib.
Onun sözlərinə görə, sentyabrın 1-də keçiriləcək növbədənkənar parlament seçkilərinə 1255 nəfər namizəd olmaq üçün müraciət edib: “Onlardan 1141 nəfərinin namizədliyi təsdiqlənib, 1092 nəfərinə imza vərəqələri verilib”.
M.Pənahov bildirib ki, deputatlığa namizədliyi irəli sürülən 454 nəfər 25 siyasi partiyanın nümayəndəsidir.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45