AZAL iki milyonuncu sərnişinini mükafatlandırıb

AZAL iki milyonuncu sərnişinini mükafatlandırıb
Dostuna göndər xəbərdən agah olsun:

Milli aviadaşıyıcı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) 2024-cü ildəki iki milyonuncu sərnişinini mükafatlandırıb.

 

Agah. Az AZAL-a istinadən xəbər verir ki, mükafatlandırılan sərnişin Bakı-London reysinə aviabilet əldə edən Nəzrin Orucova olub.

 

Aviaşirkətin nümayəndələri Heydər Əliyev Beynəlxalq Aeroportunda Nəzrin xanımı təbrik edərək Bakıdan AZAL-ın istənilən müntəzəm istiqaməti üzrə ödənişsiz gediş-dönüş aviabileti təqdim ediblər.

 

Bu ilin I yarısında AZAL-ın sərnişinlərinin sayında illik müqayisədə beynəlxalq istiqamətlərdə 60%, ölkədaxili istiqamətlərdə isə 10% artım müşahidə olunub.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45