Bakıda 16 yaşlı gənc yol qəzasında xəsarət alıb

Bakının Xətai rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
İki avtomobilin toqquşması nəticəsində sərnişin 2008-ci il təvəllüdlü Ağayev Əli Yusif oğlu xəsarət alıb.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma diaqnozu qoyulub.
Faktla bağlı araşdırma aparılır.