Ağ Ev: İran ABŞ-dakı bəzi etirazları maliyyələşdirir

Ağ Ev: İran ABŞ-dakı bəzi etirazları maliyyələşdirir
Dostuna göndər xəbərdən agah olsun:

“Vaşinqton administrasiyası hesab edir ki, İran hakimiyyəti ABŞ-dakı bəzi etiraz aksiyalarını maliyyələşdirir”.

Bunu jurnalistlər üçün keçirilən növbəti brifinqdə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bəyan edib.

Onun sözlərinə görə, ölkə hakimiyyəti bilir ki, İran ABŞ-dakı bəzi etirazları maliyyələşdirir və təşviq edir:

“Biz inanmırıq ki, hər gün keçirilən etiraz aksiyaları tamamilə İran tərəfindən maliyyələşdirilir. Bir çox amerikalılar təbii olaraq Yaxın Şərqdə baş verənlərdən narahatdırlar. Buna görə çoxlu etiraz aksiyaları keçirilir.

Biz bilirik ki, İran təbii ki, müdaxilə etməyə, nifaq salmağa çalışır. Şübhəsiz ki, bəzi etirazların maliyyələşdirilməsinə onlar öz töhfələrini veriblər. Amma bütün etirazlarla bağlı bunu demək düzgün deyil. ABŞ-da etirazların əksəriyyəti dinc xarakter daşıyır. Əksəriyyəti təbii şəkildə edilir”.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45