Bakıda 89 yaşlı atasını öldürməkdə təqsirli bilinən şəxsin məhkəməsi başlayır

Bakıda 89 yaşlı atasını öldürməkdə təqsirli bilinən şəxsin məhkəməsi başlayır
Dostuna göndər xəbərdən agah olsun:

Bakıda bu ilin aprelin 14-də 1935-ci il təvəllüdlü İsmayıl Rəhimovun almış olduğu xəsarətlərdən xəstəxanada ölməsi faktı ilə bağlı Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işinin ibtidai istintaqı tamamlanıb.

 

Bu barədə Nəsimi Rayon Prokurorluğundan məlumat verilib.

 

Bildirilib ki, istintaqla 1969-cu il təvəllüdlü Emin Rəhimov martın 19-da birgə yaşadıqları mənzildə atası İsmayıl Rəhimova baş və bədəninin müxtəlif nahiyələrinə yumruqla çoxsaylı xəsarətlər yetirməsi nəticəsində sonuncunun müalicə aldığı xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

 

Emin Rəhimova Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham elan edilib, barəsində həbs qətimkan tədbiri seçilib.

 

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45