Kişi cüdoçular arasında ACF turunun üçüncü turniri keçiriləcək

Kişi cüdoçular arasında ACF turunun üçüncü turniri keçiriləcək
Dostuna göndər xəbərdən agah olsun:

İyulun 24-də Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kişilər arasında ACF turunun üçüncü turniri keçiriləcək.

 

Şağan Olimpiya İdman Kompleskdində baş tutacaq yarışda 100-dən çox cüdoçu arasında 7 çəki dərəcəsində qaliblər bəlli olacaq.

 

Bu il üç belə turnirin keçirilməsi planlaşdırılıb və bu yarışlar nəticəsində formalaşacaq reytinq siyahısında ilk yeri tutan idmançılar beynəlxalq turnirlərdə iştirak hüququ qazanacaq.

 

Qeyd edək ki, yarışın məqsədi kişi cüdoçular arasında rəqabət səviyyəsinin, onların ustalığının yüksəldilməsi və yarış təcrübələrinin artırılmasıdır. Eyni zamanda, istedadlı idmançıların aşkarlanması və milli yığma komandaya cəlb olunmasıdır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45