Sumqayıtda 14 gün əvvəl yıxılan 75 yaşlı kişi xəstəxanada ölüb
Sumqayıtda 14 gün əvvəl yıxılan 75 yaşlı kişi xəstəxanada ölüb.
Sumqayıt şəhər sakini, 1949-cu il təvəllüdlü Kamal Astan oğlu Həsənov 14 gün öncə 10-cu mikrorayonda yıxılıb.
O, Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb.
Aparılan müayinə və müalicələrə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45