Bakıda motosikletçi yol qəzasında xəsarət alıb

Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
2006-cı il təvəllüdlü Həmidli Orxan Hikmət oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.
Hadisə zamanı xəsarət alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Hadisənin təfərrüatı araşdırılır.