Daşkəsəndə polisin “saxla” əmrinə tabe olmayan sürücü piyadanı vurub
Daşkəsəndə narkotiklərin qanunsuz dövriyyəsində şühbəli bilinən “Chevrolet” markalı avtomobilin sürücüsü polisin “saxla” işarəsinə baxmayaraq, hadisə yerindən yayınan zaman piyada, 1962-ci il təvəllüdlü rayon rakini Raqif Hüseynovu vuraraq oradan uzaqlaşıb.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis mayoru Eşqin Qasımovun verdiyi məlumata görə, keçirilən tədbirlər nəticəsində sürücü Hüseyn Abbasov və avtomobildə olan sərnişin əvvəllər məhkum olunmuş Kənan Məmmədov saxlanılıblar. K.Məmmədovdan psixotrop maddə metamfetamin və marixuana aşkarlanaraq maddi sübut kimi götürülüb.
Əməliyyat tədbirlərinin davamı olaraq K. Məmmədovdan Daşkəsən rayonu ərazisində gizlətdiyi 125 qram narkotik vasitə heroin aşkar olunaraq götürüb.
Faktlarla bağlı araşdırmalar davam etdirilir.
(055) 436-46-45