Litva Prezidenti yeni Baş nazirə kabineti formalaşdırmağı tapşırıb
Litva Prezidenti Gitanas Nauseda respublikanın Baş naziri vəzifəsinə İnqrida Şimoniteni təyin edib.
Bu barədə yerli “Respublika” nəşri məlumat yayıb.
Litva qanunlarına görə, İ.Şimonite 15 gün ərzində nazirlərin siyahısını hazırlamalı və təsdiq üçün təqdim etməlidir.
Bundan əvvəl Litva Seymi (parlamenti) Prezident G.Nausedanın təklifi ilə İ.Şimoniteni respublikanın Baş naziri vəzifəsinə təsdiqləyib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45