Bakıda kişi tanışını itələyərək öldürdü

Bakının Suraxanı rayonunun Bülbülə qəsəbəsi ərazisində iyulun 17-də 1980-ci il təvəllüdlü Emin Məmmədovun ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Bildirilib ki, araşdırma zamanı Musa İbadullayevin tanışı Emin Məmmədovu itələməsi nəticəsində sonuncunun yerə yıxılması və almış olduğu xəsarətlərdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.
Musa İbadullayev iş üzrə şübhəli şəxs qismində tutulub.