Azərbaycan millisi Avropa çempionatında bu gün İsveçrə ilə qarşılaşacaq

Azərbaycan millisi Avropa çempionatında bu gün İsveçrə ilə qarşılaşacaq
Dostuna göndər xəbərdən agah olsun:

Azərbaycanın 20 yaşadək basketbolçu oğlanlardan ibarət millisi Avropa çempionatında bu gün növbəti matçına çıxacaq.

 

İspaniyalı məşqçi Alberto Blankonun rəhbərlik etdiyi komanda 17-20-ci yerlər uğrunda pley-off mərhələsinin ilk oyununda İsveçrə ilə qarşılaşacaq.

 

Rumıniyadakı “Piteşti Arena”da keçiriləcək görüş Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

 

Qeyd edək ki, milli 17-20-ci yerlər uğrunda İsveçrə ilə yanaşı, Albaniya, Moldova və Ermənistan yığmaları ilə mübarizə aparacaq.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45