Çilinin şimalında güclü zəlzələ olub

Çilidə 7,3 maqnitudalı zəlzələ olub.
Bu barədə Avropa – Aralıq dənizi Seysmoloji Mərkəzi bildirib.
Qeyd olunub ki, yeraltı təkanların episentri ölkənin şimalındakı San-Pedro-de-Atakama qəsəbəsindən (əhali: 2 min nəfər) 43 km cənub-şərqdə yerləşib. Zəlzələnin ocağı 128 km dərinlikdə olub.
Tələfat və dağıntı barədə məlumat verilməyib.