Sumqayıtda iti öldürən şəxs cərimələnib

Sumqayıtda iti öldürən şəxs cərimələnib
Dostuna göndər xəbərdən agah olsun:

Sumqayıtda sahibsiz iti öldürdüyünə görə, şəhər sakini Yavər Hüseynov cərimələnib.

 

Agah. Az Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinə istinadən yaydığı xəbərə görə, sosial şəbəkələrdə görüntülər yayıldıqdan sonra Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsinin əməkdaşları tərəfindən araşdırılıb və iti öldürən Y.Hüseynov barəsində inzibati protokol tərtib olunub.

 

Xidmət rəsmisi Asif Məcidov bildirib ki, protokol Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin Sumqayıt regional ekologiya idarəsinə təqdim olunub və qanun pozucusu Y.Hüseynov barəsində cərimə qərarı çıxarılaraq o qanunamüvafiq qaydada cərimə edilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45