Ərdoğan: Güclü türk birliyi dünyada sülhün təminatıdır

Ərdoğan: Güclü türk birliyi dünyada sülhün təminatıdır
Dostuna göndər xəbərdən agah olsun:

Güclü türk birliyi dünyada sülhün təminatıdır.

 

Bu fikirləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Azərbaycanın sirləri” kitabının müqəddiməsində yazıb.

 

2023-cü ilin sentyabrında öz ərazilərində antiterror əməliyyatı keçirərək ərazi bütövlüyünü uğurla bərpa edən Azərbaycanın haqlı sevincini bütün Türk dünyasının paylaşdığını bildirən Türkiyə Prezidenti qeyd edib ki, bu qələbə Zəngəzur dəhlizinin imkan verdiyi coğrafi bütövlüklə türk dövlətlərinin qardaşlığını daha da gücləndirmək imkanı yaradıb:

 

“Bu vəziyyət həm də regionda və bütün dünyada sülhün təmin olunması üçün bir şansdır. Çünki güclü türk birliyi dünyada sülhün təminatıdır. Bir ağacın budaqları kimi tək bir millətin ayrı-ayrı dövlətləri olan türk dövlətlərinin qardaşlığını Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına birgə sənədlə daxil olmuş çoxsaylı mirasımız nümayiş etdirir”.

 

R.T.Ərdoğan Zəngəzur dəhlizi ilə Türk dünyasının nəhəng potensialını ortaya qoyacaq şəkildə ticarətdən iqtisadiyyata, sənayeyə, informasiya və kommunikasiya texnologiyalarından səhiyyə xidmətlərinə qədər bir çox əməkdaşlıq sahələrinin yolunun açıldığını vurğulayıb.

 

“Eyni dildə danışan, ortaq tarixi, mədəniyyəti və sivilizasiyanı paylaşan 300 milyonluq çox böyük ailənin üzvləri olaraq inanırıq ki, əldə etdiyimiz hər uğur və çatdığımız hər bir hədəfdə təkcə öz bayrağımızı deyil, həm də türk millətinə məxsus bütün dövlətlərin bayrağını ucaltmışıq. Qolunda türk bayrağı ilə birlikdə qardaş Azərbaycanın bayrağını da kosmosun ürəyinə daşıyan türk astronavtımızda da bu anlayışın izini görmək mümkündür. Bu münasibətlə türk bayrağını ucaltmaq üçün milli şüurla inkişaf etmiş nəsillərin yetişməsini, əsrlərboyu bəşəriyyətin sülh və əmin-amanlığına xidmət edən qədim türk mədəniyyətinin və sivilizasiyasının əbədi yaşayacağını ürəkdən arzulayıram. Qardaşlığın möhkəmləndirilməsi istiqamətində işlər davam etdiriləcək”, – o əlavə edib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45