İsrail ordusu Livanda HƏMAS komandirini öldürüb
İsrail Hərbi Hava Qüvvələrinə məxsus uçuş aparatı Livanın şərqindəki Bekaa vadisində HƏMAS-ın səhra komandirlərindən biri Məhəmməd Cabaranı hava zərbəsi ilə öldürüb.
Agah. Az TASS-a istinadən xəbər verir ki, bu barədə ordunun mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, M.Cabara Livandan İsrailə qarşı terror aktları və raket buraxılışına görə məsuliyyət daşıyırdı.
“Bu addım HƏMAS-ın İsrailin şimal sərhədi ərazisində ölkəyə qarşı hücumlar planlaşdırmaq və həyata keçirmək imkanlarını azaldır”, – məlumatda qeyd edilib.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45