Sabah İmişlidə 8 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq

Sabah İmişlidə 8 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq
Dostuna göndər xəbərdən agah olsun:

İyulun 18-də İmişli rayonunda 8 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq.

“İmişli” QPS-dən qidalanan müxtəlif diametrli Bəhrəmtəpə daşıyıcı qaz xəttində növbədənkənar kipliyin sınağı aparılacaq.

 

Bununla əlaqədar sabah saat 09:00-dan etibarən işlər başa çatanadək İmişli rayonunun 7 kəndində – Bəhrəmtəpə, Rəsullu, Göbəktala, Şahverdili, Borçalılar, Qaragüvəndikli, Sarxanlı kəndlərində və Bəhrəmtəpə qəsəbəsində (ümumi 4530 abonent) qaz təchizatının dayandırılması planlaşdırılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45