Bu ilin altı ayında korrupsiya ilə bağlı 111 cinayət işinin ibtidai istintaqı tamamlanıb

Bu ilin altı ayında korrupsiya ilə bağlı 111 cinayət işinin ibtidai istintaqı tamamlanıb
Dostuna göndər xəbərdən agah olsun:

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2024-cü ilin altı ayı ərzində 150 şəxs barəsində 111 cinayət işinin ibtidai istintaqı tamamlanıb.

Bu barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2024-cü ilin I yarımilinə həsr olunmuş əməliyyat müşavirəsində bildirilib.

 

Qeyd edilib ki, bu çərçivədə 122 şəxs barəsində 93 cinayət işi baxılması üçün məhkəmələrə göndərilib:

 

“Məhkəmələrə göndərilmiş cinayət işlərinin mütləq əksəriyyəti üzrə ittiham hökmləri çıxarılıb, qalanları isə hazırda məhkəmə baxışındadır”.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45