Masallıda 17 yaşlı ananın körpəsi ölü doğulub, prokurorluq araşdırma aparır – YENİLƏNİB
Masallı rayon sakini 2007-ci il təvəllüdlü Səfurə Qubadovanın iyulun 16-da ölü döl diaqnozu ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına daxil olması faktı ilə bağlı Masallı rayon prokurorluğunda araşdırma aparılır.
“Report” xəbər verir ki, məlumatı Baş prokurorluğun mətbuat xidməti yayıb.
Masallıda 17 yaşlı ananın körpəsi ölü doğulub.
TƏBİB-dən “Report”un sorğusuna cavab olaraq bildirilib ki, iyulun 15-də Masallı rayonu, Təklə kənd sakini, 2007-ci il təvəllüdlü Qubadova Səfurə Elvin qızı Rayon Mərkəzi Xəstəxanasının Doğuş və ginekologiya şöbəsinə daxil olub.
Qeyd olunub ki, anaya 40 həftəlik dölün (USM-ə görə 36 həftəyə uyğun) bətndaxili ləngiməsi, dölyanı mayenin azlığı diaqnozu qoyulub. O, müayinə olduqdan sonra daha ixtisaslı tibbi yardım üçün təcili tibbi yardım ilə saat 15:45-də Lənkəran Regional Perinetal Mərkəzə göndərilib.
Bildirilib ki, pasiyent qeyd olunan xəstəxanada yatmaqdan imtina edib və bu gün ölü döl diaqnozu ilə yenidən xəstəxanaya daxil olub. Saat 05:30-da cinsi qız, çəkisi 2.8 kq, boyu 49 sm çəkidə ölü körpə doğulub.
(055) 436-46-45