Bu il Rusiyadan 65 mindən çox miqrant deportasiya olunub
İlin əvvəlindən bu yana Rusiyadan 65 mindən çox qeyri-qanuni miqrant deportasiya olunub.
Rusiyanın Daxili İşlər Nazirliyinin rəsmisi İrina Volk 2024-cü ildə qanunu pozduğuna görə Rusiyadan 65 mindən çox miqrantın deportasiya olunduğu ilə bağlı məlumat yayıb.
O həmçinin nazirliyin həyata keçirdiyi tədbirlərin miqrantlar tərəfindən törədilən cinayətlərin sayını azaltdığını bildirib. Daxili İşlər Nazirliyinin məlumatına görə, 6 ayda bu göstərici 6,4 faiz azalıb.
Belə ki, xüsusilə ağır cinayətlərin sayı 11 %, quldurluq – 30 %, adam öldürməyə cəhd – 18 %, soyğunçuluq- təxminən 10 %, cinsi istismarla bağlı cinayətlər – 8,5 % azalıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45