Bakıda 17 yaşlı velosipedçini avtomobil vurub

Bakının Xəzər rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Mərdəkan qəsəbəsində 2007-ci il təvəllüdlü Abışov Amin Ramiz oğlu velosipedlə hərəkətdə olarkən onu avtomobil vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.