Kreml: NATO qarşıdurmanı saxlamaq məqsədilə yaradılıb
Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) məqsədi Rusiyanı sıxışdırmaqdır və bu, Rusiyanın milli təhlükəsizliyinə çox ciddi təhdiddir.
“Report”un yerli bürosunun məlumatına görə, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.
Onun sözlərinə görə, NATO-nun hərbi infrastrukturu Rusiya sərhədlərinə doğru irəliləyir: “Şimali Atlantika Alyansı mahiyyətini bir daha təsdiqləyib. Bu, qarşıdurmanı saxlamaq məqsədilə yaradılmış ittifaqdır”.
O əlavə edib ki, NATO faktiki olaraq Ukraynadakı münaqişədə tam iştirak edir.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45