Ələt-Astara yolunun 61,5-ci kilometrliyində sürət həddi endirilib

Ələt-Astara yolunun 61,5-ci kilometrliyində sürət həddi endirilib
Dostuna göndər xəbərdən agah olsun:

Ələt-Astara-İranla dövlət sərhədi avtomobil yolunun 61,5-ci kilometrliyində (Salyan rayonunun Marışlı kəndindən keçən hissədə) sürət həddi 110 km/saatdan 90 km/saata endirilib.

 

Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.

 

Məlumata görə, məqsəd hərəkət iştirakçılarının təhlükəsizliyinin artırılmasıdır.

 

“Sürücülərdən hərəkət təhlükəsizliyini qorumaq üçün sürət həddinə riayət etmələrini xahiş edirik”, – deyə agentlik bəyan edib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45