Nazir müavini: DİN seçki günü gücləndirilmiş iş rejimində çalışacaq

Nazir müavini: DİN seçki günü gücləndirilmiş iş rejimində çalışacaq
Dostuna göndər xəbərdən agah olsun:

Seçki günü Daxili İşlər Nazirliyinin (DİN) müəssisələri gücləndirilmiş iş rejimində çalışacaq.

“Report” xəbər verir ki, bunu Mərkəzi Seçki Komissiyasında (MSK) dairə seçki komissiyalarının rəhbərləri üçün keçirilən müşavirədə daxili işlər nazirinin müavini Oqtay Kərimov deyib.

Onun sözlərinə görə, zərurət yarandıqda sağlamlıq səbəbindən seçki məntəqələrinə gələ bilməyən vətəndaşlar üçün yaşadıqları yerə səyyar seçki qutusu aparılacaq.

“Milli Məclisə seçkilərdə Daxili İşlər Nazirliyi orqanlarının rolu və fəaliyyəti istiqamətində təxirəsalınmaz hazırlıq işləri davam etdirilir. Belə ki, ölkədə qeydiyyatda olan, eləcə də ölkədən kənarda yaşayan, işləmək üçün xaricə gedənlərin siyahısı müəyyənləşdirilir”, – nazir müavini qeyd edib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45