Tərtərdə maşın aşıb: Sərnişin ölüb
Tərtərdə sürücü idarəetməni itirərək maşını aşırıb.
“Report” xəbər verir ki, hadisə iyulun 7-də axşam saatlarında Ağdam-Bərdə avtomagistral yolunun Tərtər rayonu, Təzəkənd kəndi ərazisindən keçən hissəsində baş verib.
Belə ki, Ağdam rayon sakini, 1990-cı il təvəllüdlü Elvin İlham oğlu Hüseynov idarə etdiyi “Mercedes” markalı minik avtomobili ilə hərəkətdə olarkən idarəetməni itirib, yoldan çıxaraq avtomobili aşırıb. Nəticədə sürücü və sərnişin – Ağdam rayon sakini, 1988-ci il təvəllüdlü Rövşən Səhrab oğlu Aslanov müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Sərnişin – Rövşən Aslanov aldığı xəsarətlərdən orada ölüb.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Foto şərtidir.
(055) 436-46-45