Kiyevdə matəm elan edilib
Bu gün Kiyevdə Rusiya Silahlı Qüvvələrinin (SQ) raket hücumu nəticəsində həlak olanlar üçün matəm elan edilib.
Bu barədə UNİAN Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bütün bayraqlar yarıya endiriləcək və bütün əyləncə tədbirləri qadağan ediləcək.
Məlumata görə, ölənlərin ümumi sayı 4-ü uşaq olmaqla 27 nəfərə çatıb. Ümumilikdə 117 nəfər yaralanıb.
“3 ərazidə işlər hələ də davam edir. Hadisə yerinə 377 xilasedici və Dövlət Fövqəladə Hallar Xidmətinin 76 texnikası cəlb olunub”, – idarədən bildirilib.
Qeyd edək ki, iyulun 8-də Rusiya Silahlı Qüvvələri Ukraynanın müxtəlif şəhərlərinə – Kiyev, Dnepr, Krivoy Roq, Slavyansk, Kramatorsk ərazilərinə hücum edib.
(055) 436-46-45