Sabah Lerik və Yardımlının bir hissəsində qaz olmayacaq

Sabah Lerik və Yardımlının bir hissəsində qaz olmayacaq
Dostuna göndər xəbərdən agah olsun:

Sabah Lerik və Yardımlı rayonlarının bir hissəsində qaz olmayacaq.

Yardımlı rayonunun Vərgədüz, Bilnə və Bürzünbül kəndlərinin 500 abonentini təbii qazla təchiz edən diametri 110 mm-lik orta təzyiqli qaz xəttinin kipliyə sınaq edilməsi məqsədilə sabah saat 14:00-dan işlər başa çatanadək və eləcə də Lerik rayonunun Hıramo, Yuxarı Bilnə, Livədirqə, Mastayıl, Əvilə, Murya və Durğan kəndlərinin 550 abonentini qazla təmin edən müxtəlif diametrli yerüstü və yeraltı daşıyıcı qaz kəmərlərinin kipliyə sınaq edilməsi məqsədilə sabah saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının dayandırılması planlaşdırılır.

 

Qaz təchizatı avadanlıqlarını nəzarətdə saxlamaq və təhlükəsizlik tədbirlərinə riayət etmək xahiş edilir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45