Diqqətli olun! Düşmən cihazlarımıza virus yeritməyə çalışır

Paylaş agah olsunlar.

Düşmən facebook və digər sosial şəbəkələrdə müharibəyə aid şəkil və başlıqlarla aldadaraq virus yaymağa çalışır. Hətta bunu pullu reklam edərək daha çox kütləyə çatmasını təmin edir.

Paylaşılan səhifənin adından və şəkil üstünə yazılan məlumatlardan və linklərdən bunu anlamaq üçün çox diqqətli olmaq lazımdır. Siz reklama tıkladığınız zaman sizi başqa bir sayta yönəldir və o saytda da bir link yerləşdirilir. Şəkil formasında üstündə “play” butonu olan bir şəkil. Ona klikləyəndə sizin cihazınıza virus faylını yükləməyə çalışır. Adətən google chrome brauzeri istənmədən yükləmələrin qarşısını almaq üçün faylı yükləmədən öncə sizdən soruşur. Hər hansısa aşağıda göstərdiyimiz kimi materiallara rast gələn zaman öncə kommentləri açıb baxmağınızı məsləhət görürəm. Hər hansısa bir fayl sizin istəmədiyinz halda yüklənmək istəyirsə dərhal yüklənməni ləğv etmək lazımdır. Bu viruslar sizin cihazınızdakı bütün şəxsi məlumatlara çata hətta kompyuterinizi çökdürməyə belə qadirdir.

Bu xəbəri maksimum dərəcədə paylaşmaq lazımdır hərkəs agah olsun.

Bu tip reklamlar gördüyünüz zaman hər postun yuxarısında “3 nöqtə”-nin olduğu yerdən şikayətlə facebooka bildirin.


Paylaş agah olsunlar.