Orduya 180 manat köçürən Hikmət baba

Paylaş agah olsunlar.

Bu gün səhər iş yenicə başlamışdı ki, bir qoca baba yaxınlaşdı mərkəzə. Hansı xidmətə gəldiyini soruşdum, dedi ki, cəbhədəki əsgərlərimizə yardım etməyə gəlmişəm, 180 manat pulum var bunu onlara vermək istəyirəm. Donuq ifadə ilə ağsaqqal kişinin üzünə baxırdım ki, qayıtdı ki, azdı? Dedim ay baba sənin ürəyinə qurban olum, az deyil, dünya qədərdi bu…
Növbəsini götürüb xidmət pəncərəsinə yaxınlaşanda ayağındakı ayaqqabıları ürəyimi dağladı.. Hər iki ayaqqabısı ortadan bölünmüşdü..Amma nə qədər böyük ürəyi vardı ki, bu yağışlı, soyuq havada ayağına ayaqqabı almağa qıymayıb əsgər balalarına ianə göndərirdi…
Sonda “Əsgərə məktub” da yazıb elə getdi.. Pulu ödədikdən sonra babanın üzündəki qüruru görməyə dəyərdi…

-Orxan Cəfərov facebookda paylaşım edib.

Paylaş agah olsunlar.