Bakıda yaşayış binasında yanğın baş verib

Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yaşayış binasında yanğın olması barədə ilkin məlumat daxil olub.
Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin və Bakı Regional Mərkəzinin qüvvələri dərhal əraziyə cəlb olunub.