AFFA rəsmisi beynəlxalq təyinat alıb

AFFA rəsmisi beynəlxalq təyinat alıb
Dostuna göndər xəbərdən agah olsun:

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov beynəlxalq təyinat alıb.

 

O, qadın futbolçular arasında Avropa çempionatının seçmə mərhələsində Xorvatiya – Uels oyununun UEFA nümayəndəsi olacaq.

 

B Liqasının IV qrupu çərçivəsində Karlovats şəhərində yerləşən “Branko Çavloviç-Çavlek” stadionunda keçiriləcək qarşılaşma iyulun 12-də baş tutacaq.

 

Xorvatiya – Uels matçını ispaniyalı baş hakim Marta Huerta De Aza idarə edəcək.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45