Ölüm riskini 33% azaldan bu dərmanın bilinməyən tərəfləri

Dostuna göndər xəbərdən agah olsun:

Həyati önəm daşıdığı üçün bu postu diqqətlə və axıra qədər oxuyun.

“Deksametazon” adlı bu dərman süni tənəffüs cihazına qoşulan insanların ölüm riskini 33% azaldır.

Dərman Oxford Universitetinin rəhbərliyi ilə sınaqdan keçirilib və kritik vəziyyətlər üçün istifdəsi təsdiqlənib.

“Deksametazon”-un ucuz və əlçatan olması həm çox yaxşıdır, həm də pis. Çünki, bu asan əlçatanlıq yanlış məlumatlandırma ilə pis nəticə verə bilər. Dərman ancaq ağır vəziyyətdə olan şəxslərin müalicəsi üçün istifadə edilir.

Virusa yeni yoluxmuş şəxslərə istifadə etmək olmaz. Bunu həm dünya səhiyyəsi, mütəxəssislər həm də bizim TƏBİB bildirib. Ona görə də qızdırmanız qalxan kimi panikaya düşüb gedib almayın. Profilaktik məqsədlə istifadə etmək olmaz!

Normalda “Deksametazon” artrit, astma və bəzi dəri xəstəlikləri zamanı istifadə olunur.

Mənbə: BBC, Report

 

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(051) 5062008 (Whatsapp)