Oxu.az xəbər saytının 11 yaşı tamam olur

Oxu.az xəbər saytının 11 yaşı tamam olur
Dostuna göndər xəbərdən agah olsun:

Bu gün Oxu.az xəbər saytının 11 yaşı tamam olur.

2013-cü ildən fəaliyyət göstərməyə başlayan sayt ölkədə və dünyada baş verən ən aktual xəbərləri Azərbaycan və rus dillərində fasiləsiz olaraq oxuculara çatdırır.

Saytda oxucuları və cəmiyyəti maraqlandıran suallara cavablar, analitik məqalələr, foto və videohesabatlar təqdim edilir.

Oxu.az-ın baş redaktoru Ülvi Səfərovun sözlərinə görə, qarşıda oxucuların sayta əlçatanlığını təmin etmək üçün onları yeniliklər gözləyir: “Əsas məqsədimiz 11 il ərzində qazandığımız uğurların sayını artırmaqdır. Bu uğurların arxasında böyük bir zəhmət dayanır. Əminəm ki, bundan sonra da inkişaf edəcək daha böyük uğurlara imza atacağıq. Bizi izləyən yanımızda olan hər kəsə təşəkkür edirik”.

Agah.az  kollektivi adından Oxu.az-da çalışan həmkarlarımızı təbrik edir, onlara fəaliyyətlərində uğurlar arzulayırıq!

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45