Qaraçuxurda motosikletçi yol qəzasında xəsarət alıb

Bakının Suraxanı rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Qaraçuxur qəsəbəsində 2003-cü il təvəllüdlü Aslanov Lətif Elşən oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən avtomobillə toqquşub.
Hadisə zamanı xəsarət alan motosikletin sürücüsü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Hadisənin təfərrüatı araşdırılır.