Kiyevdə 2 yeniyetmə 16-cı mərtəbədən yıxılaraq ölüb
Ukraynanın paytaxtı Kiyevdə iki yeniyetmə binanın 16-cı mərtəbəsindən yıxılaraq ölüb.
Bu barədə məlumatı Kiyevin polisi “Hromadske”yə təsdiqləyib.
“Kiyevdə iki yeniyetmə 16-cı mərtəbədən yıxılıb. Onlar olüblər. Çox güman ki, bu, intihar idi”, – nəşr qeyd edib.
Sosial şəbəkədə hadisənin paytaxtın Jilyanska küçəsində baş verdiyi qeyd olunub. “Hər ikisi 2009-cu ildə anadan olub”, – “Hromadske” vurğulayıb.
“Polis bu məlumatı təsdiqləyib. Onlar bildiriblər ki, artıq Ukrayna Cinayət Məcəlləsinin 115-ci maddəsi ilə “özünü qəsd” maddəsi ilə cinayət işi başlayıblar”, – polis açıqlayıb.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45