Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib
Stolüstü tennis üzrə Azərbaycan birinciliyinə start verilib.
Quba Olimpiya İdman Kompleksində təşkil olunan yarışda 2012-ci il və daha kiçik təvəllüdlü idmançılar mübarizə aparır.
Üç gün davam edəcək birincilikdə paytaxt Bakı ilə yanaşı, Sumqayıt, Salyan, Şirvan, Quba, Qobustan, Şamaxı, Şabran, Qax və Şəkidən ümumilikdə 100-dən artıq stolüstü tennisçi qüvvəsini sınayır. İştirakçılar şəxsi, qoşa və qarışıq-qoşa növlərində bacarıqlarını nümayiş etdirirlər.
Ölkə birinciliyində fəxri kürsüyə yüksələn idmançılara Gənclər və İdman Nazirliyinin diplom və medalları, həmçinin Azərbaycan Stolüstü Tennis Federasiyasının hədiyyələri təqdim olunacaq.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45