3 polisi qətlə yetirən şəxs belə zərərsizləşdirilib – Hadisə yerindən FOTO

3 polisi qətlə yetirən şəxs belə zərərsizləşdirilib – Hadisə yerindən FOTO
Dostuna göndər xəbərdən agah olsun:

Xəbər verdiyimiz kimi, iyunun 24-də Xəzər rayonunda 3 polis əməkdaşını qətlə yetirən şəxs hadisə yerində zərərsizləşdirildi.

Sitat.info cinayəti törədən Allahverdiyev Rövşən Oqtay oğlunun zərərləşdirildiyi anın fotosunu əldə edib.
Qeyd edək ki, Xəzər rayonu Şüvəlan qəsəbəsində əvvəllər dəfələrlə məhkum olunmuş və axtarışda olan 1986-cı təvəllüdlü Allahverdiyev Rövşən Oqtay oğlu polis əməkdaşları tərəfindən saxlanılarkən silahlı müqavimət göstərib.

O, polis əməkdaşlarına mane olmaq məqsədilə ailə üzvlərini önə verərək yayınmağa və cavab tədbirlərinin qarşısını almağa cəhd edib, yaranmış vəziyyətdən istifadə edərək “Lancaster” markalı ov silahından atəş açaraq 3 nəfər polis əməkdaşını və 1 nəfər mülki vətəndaşı qətlə yetirib. Davam etdirilən tədbirlərlə R.Allahverdiyev polis əməkdaşları tərəfindən zərərsizləşdirilib.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45