Messi doğum günündə pərəstişkarlarını torta qonaq edib

Messi doğum günündə pərəstişkarlarını torta qonaq edib
Dostuna göndər xəbərdən agah olsun:

Argentinalı ulduz Lionel Messi doğum günündə pərəstişkarlarını torta qonaq edib.

 

Agah. Az xarici KİV-ə istinadən xəbər verir ki, 37 yaşını tamamlayan hücumçu yığmadakı komanda yoldaşları ilə birlikdə ad gününü qeyd edərkən, fanatlar otelin qarşısına toplaşıblar.

 

Pəncərədən onlara əl yelləyən L.Messi daha sonra Argentina bayrağının rənglərində 4 böyük tort göndərib.

 

Qeyd edək ki, “Qızıl top”un 8 qat qalibi Argentina millisinin heyətində dünya çempionluğunu qazanıb. O, həmçinin İspaniya çempionatının (10), Fransa Liqa 1-in (2) və Çempionlar Liqasının (4) qalibi olub. Hücumçu 2023-cü ilin yayından ABŞ-nin “İnter Mayami” klubunda çıxış edir.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45