Şərurda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

Şərurda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib
Dostuna göndər xəbərdən agah olsun:

Şərur rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə gecə saatlarında Şərur rayonunun Yuxarı Aralıq kəndində qeydə alınıb. Belə ki, “VAZ 2106″la “Mercedes” la markalı avtomobillərin toqquşması nəticəsində Yuxarı Aralıq kənd sakini, 2007-ci il təvəllüdlü Hüseynov Nihat Razi oğlu ölüb.

 

“VAZ 2106” markalı avtomobildə olan digər iki sərnişin Vərməziyar kənd sakini, 2005-ci il təvəllüdlü Əsquliyev Səbuhi Niyaz oğlu və Yuxarı Atalıq kənd sakini, 2007-ci il təvəllüdlü Əliyev Rza Elşən oğlu xəsarət alıblar. Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilən zərərçəkənlərin vəziyyəti orta ağırdır.

 

Faktla bağlı araşdırma aparılır.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45