İsmayıllıda 17 yaşlı oğlan itkin düşüb

İsmayıllıda 17 yaşlı oğlan itkin düşüb
Dostuna göndər xəbərdən agah olsun:

İsmayıllı rayonunun Diyallı kənd sakini 2007-ci il təvəllüdlü Məmmədov Kənan Nurəddin oğlu iyunun 2-də yaşadığı ünvandan çıxaraq naməlum istiqamətdə gedib və geri qayıtmayıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şəki regional qurupundan məlumat verilib.

Bildirilib ki, itkin düşən şəxsin əlamətləri belədir: boyu 160 sm, arıq bədən quruluşludur. Sonuncu dəfə evdən gedərkən üzərində qırmızı rəngli köynək, qara şalvar və sarı rəngli idman ayaqqabısı olub.

“Onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” xidmətinə, həmçinin İsmayıllı Rayon Polis Şöbəsinin (020)285-11-89 şəhər və 050-280-45-00 mobil nömrələrinə zəng edərək məlumat vermələri xahiş olunur”, – məlumatda qeyd olunub.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45