İpoteka və Kredit Zəmanət Fondu sığortaçı seçir
İpoteka və Kredit Zəmanət Fondu avtonəqliyyat vasitələrinin icbari və könüllü sığortası üçün açıq tender elan edib.
Tenderdə iştirak haqqı 66 manatdır.
İddiaçılar təkliflərini iyulun 12-nə qədər Fondun yerləşdiyi Bakı şəhəri, Nəsimi rayonu, Bül-bül prospekti, 40 ünvanına təqdim edə bilərlər.
Təkliflərə iyulun 12-də, saat 10:00-da qeyd olunan ünvanda baxılacaq.
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45