Nizami rayonunda 31 yaşlı qadını avtomobil vurub

Bakının Nizami rayonunda piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Avtomobil yolu keçən 1993-cü il təvəllüdlü Mustafayeva Elsanə Ənədulla qızını vurub.
Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona çənə sümüyünün sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.