Dənizdə yoluxma ehtimalı olan xəstəliklər nədir?

Dənizdə yoluxma ehtimalı olan xəstəliklər nədir?
Dostuna göndər xəbərdən agah olsun:

Yay aylarında sərinləmək üçün tez-tez üstünlük verilən ictimai yerlərdən olan dənizlər və hovuzlardan xəstəliklərə yoluxmaq riski yüksəkdir. Alimlər sübut edib ki, çimərlik, dəniz və istirahətdə insan bir neçə növ xəstəlik və simptomlara yoluxa bilər. İndiki çimərliklərin ekoloji vəziyyətini nəzərə alsaq, bu xəstəliklərin sayı arta bilər. Əgər isti qumsallıq, çimərlik və dənizdən, hovuzdan qayıtdıqdan sonra özünüzü yaxşı hiss etməsəniz, mütləq həkimə müraciət edin, yoxlanın.

Mövzu ilə bağlı infeksionist Mərdan Əliyev açıqlama verib.

O bildirib ki, çirkli dəniz sularında patogen bağırsaq çöplərinə yoluxma halları daha çox qeydə alınır.

“İmmun sistemi daha aşağı olan şəxslərdə infeksion xəstəliklərə yoluxma riski daha yüksək olur: “Çimərliklərdə infeksion xəstəliklərə yoluxma riski var. Xüsusən də uşaqlar, yaşlılar, immun sistemi daha aşağı olan şəxslərdə bu xəstəliklərə yoluxma riski daha yüksək olur. Ən çox bilinən fekal-oral yolla yoluxan infeksion xəstəliklərdir. Daha çox rast gəlinən isə bağırsaq infeksiyalarıdır. Bu zaman hərarətin yüksəlməsi, ishal, qusma müşahidə olunur. Bu da daha çox uşaqlarda rast gəlinir. Bundan başqa, çimərliklərdə selikli qişaların xəstəliklərinə də yoluxma çox olur. Məsələn, konyunktivit – gözün selikli qışasının iltihabına yoluxma ola bilər. Əgər dəridə hər hansı zədələnmə, kəsik və digər açıq hissə varsa, həmin sahədən infeksiyanın yoluxma ehtimalı daha yüksəkdir. Fekal-oral yolla yoluxan viruslardan biri olan Hepatit A suda varsa, yoluxma ehtimalı ola bilər”.

Dostuna göndər xəbərdən agah olsun:
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
whatsappa keç(055) 436-46-45