Bank açmaq üçün nə qədər pul olmalıdır?

Paylaş agah olsunlar.

“Azərbaycanda istənilən bir bankın açılması üçün ondan 50 milyon manat kapital tələb olunur”

Bunu Mərkəzi Bankın sədri Elman Rüstəmov bildirib.

O, “Atabank”da və “Amrah Bank”da olan situasiyadan da danışıb:

“Bu iki bankda olan situasiyanı deyim ki, geniş ictimaiyyət də tanış olsun. Bankın açılması üçün minimum 50 milyon manat tələb olunduğu halda, “Atabank”da bu rəqəm mənfi 214 milyondur. Belə çıxır ki, bu bankın normal fəaliyyəti üçün hazırda 264 milyon manata ehtiyac var. Yəni, bank öz maliyyə qabiliyyətini, dayanıqlılığını itirib. Bankın verdiyi kreditlərin 88 faizi problemlidir. Bu, olduqca acınacaqlı vəziyyətdir.

“Amrah Bank”a gəlincə, bu bank maliyyə hesabatlarında özünü normal fəaliyyət göstərən bank kimi təqdim edirdi. Lakin bankın hazırda kapitalı mənfi 77 milyon manatdır. Bu o deməkdir ki, normal fəaliyyət üçün banka 127 milyon manat pul lazımdır”.

Paylaş agah olsunlar.