Paytaxtda əxlaqsız hərəkətlər edən taksi sürücüsü HƏBS EDİLDİ
Bakıda əxlaqsız hərəkətlər edən taksi sürücüsü həbs olunub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.
Bildirilib ki, məhkəmənin qərarı ilə K.Rüstəmov 20 sutka inzibati qaydada həbs edilib.
Qeyd edək ki, sosial şəbəkələrdə taksi sürücüsünün qadın sərnişin avtomobildə olan zaman əxlaqsız hərəkət etməsini əks etdirən görüntülər yayılıb. Polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla sürücünün 1993-cü il təvəllüdlü Kənan Rüstəmov olması müəyyən olunaraq Bakı şəhərində saxlanılıb.
Paytaxtda əxlaqsız hərəkətlər edən taksi sürücüsü HƏBS EDİLDİ
Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055) 436-46-45
(055) 436-46-45